Meyxanaçılar - Samirə ilə Oqtay hamının gözü qarşısında…

Populyar meyxanaçılar Samirə və Oqtay "Ömrümün Gülşəni" adlı səhnələşdirilmiş meyxanalarını təqdim edəcəklər. Konsert dekabrın 22-də Heydər Əliyev Sarayında olacaq.

Bu barədə AzNews.az-a sarayın mətbuat katibi Anar Fərəczadə məlumat verib. O, bildirib ki, aktyor Rəhman Rəhmanovun aparıcı olduğu konsert proqramında meyxanaçıları səhnədə "Fərid" instrumental ansambılı müşayiət edəcək.

Həmçinin konsert proqramında meyxanaçılar Elşən Xəzər, Mehman Əhmədli, Rəşad Dağlı, Vüqar Biləcərili, Əməkdar artist Almaz Ələsgərova, Nüşabə Ələsgərova, o cümlədən, Vasif Məhərrəmli, Ramal İsrafilov, Tunar Rəhmanoğlu və "Qala" rəqs qrupu çıxış edəcəklər.

Qeyd edək ki, saat 19:00-da başlayacaq konsertin biletləri 10-25 manatadır.

Fuad Mədətov
AzNews.az
image description