Türkan Şoray bu gün adaşlarını başına yığacaq

Türk kinosunun sultanı, tanınmış aktrisa Türkan Şoray 2 gündür Bakıdadır. AzNews.az-ın məlumatına görə, aktrisa bu gün saat 12:00-da tanınmış teleaparıcı Səxavət Nurun təqdimatında yayımlanan "İmza Mən" verilişinin qonağı olacaq.

Teleaparıcı AzNews.az-a açıqlamasında bildirib ki, verilişə Türkan adlı hər şəxsi dəvət edirlər. Çünki verilişin xüsusi məqamı məhz bununla bağlıdır.

Veriliş "Park Bulvar" ticarət və əyləncə mərkəzinin 4-cü mərtəbəsində "Araz Fm" studiyasında baş tutacaq. Məlumat üçün bildirək ki, Gənclər və İdman Nazirliyinin paytaxtımızda təşkil edəcəyi "İstedadlı və yaradıcı gənclər II Respublika forumu"nda fəxri qonaq kimi mərasimə qatılacaq Türkan Şoray master-klasslar verəcək.

25-27 noyabr tarixləri arasında baş tutacaq səfər çərçivəsində Türkan Şoray pərəstişkarları ilə görüşəcək və Azərbaycan kinoteatrında aktrisanın "Dila Hanım" filmi nümayiş olunacaq.

Qeyd edək ki, "İmza mən" verilişinin informasiya dəstəyi AzNews.az İnformasiya Agentliyidir.

Fuad Mədətov
AzNews.az