Müğənni Natavan Həbibinin repçi Dado Əliyevlə nişanlanması şou-biznes nümayəndələri tərəfindən qəribə qarşılanıb. Müğənni Natavan Həbibinin repçi Dado Əliyevlə nişanlanması şou-biznes nümayəndələri tərəfindən qəribə qarşılanıb.

Natavan Həbibi nişanlanmasından danışdı: "Ürəyim belə istəyir"

Müğənni Natavan Həbibinin repçi Dado Əliyevlə nişanlanması şou-biznes nümayəndələri tərəfindən qəribə qarşılanıb.

AzNews.az xəbər verir ki, Natavan Həbibinin bu seçimindən şok yaşayanlar da olub. Lakin Natavan Həbibinin Dado Əliyevə nişanlandığını biləndə sosial şəbəkədə “seçdiyin şəxs sənə yaraşmır” deyə mesajlar ünvanlayıblar.

Bütün bunlardan əsəbiləşən Natavan Həbibi həmkarlarına heç kimin onun şəxsi həyatına qarışmağa ixtiyarı çatmadığını bildirib:

“Heç yadıma gəlmir ki, kimisə yığıb deyim ki, sənin şəxsi həyatınla bağlı mənim də bir fikrim var. Görəsən, insanlar niyə düşünür ki, onların dedikləri mənə maraqlıdır? Bilmirsiz? Günün sualı... Bu gün ürəyim belə istəyir.”

Bahar RÜSTƏMLİ

AzNews.az