Səksənə yaxın xanımı təcavüzdə təqsirli bilinən Hollivudun qalmaqallı rejissoru Xarvi Vaynşteyndən daha bir məşhur xanım şikayətçidir. Səksənə yaxın xanımı təcavüzdə təqsirli bilinən Hollivudun qalmaqallı rejissoru Xarvi Vaynşteyndən daha bir məşhur xanım şikayətçidir.

“Zorla dodağımdan öpmək istədi” - Rejissor model-aktrisa

Səksənə yaxın xanımı təcavüzdə təqsirli bilinən Hollivudun qalmaqallı rejissoru Xarvi Vaynşteyndən daha bir məşhur xanım şikayətçidir.

Rejissor model-aktrisa Kara Delevini də zorlamaq istəyib. Bu barədə Kara tvitter hesabında məlumat yayıb:

“Hələ təzə kino sektoruna gəlmişdim. Mənə Xarvi Vaynşteyndən zəng gəldi. Onunla film haqqında danışmaq üçün görüşdüm. Yanımızdakı insanlar getdi və Xarvi mənimlə qalıb söhbət etmək istədi. Sonra otağına dəvət etdi, təklifi geri çevirdim.

Dedim ki, gedirəm. Üstümə gəldi, zorla dodağımdan öpmək istədi. Çox qorxdum və özümü gücsüz hiss etdim. Ailəsinə zərər verməmək üçün bu barədə danışmadım. Amma başa düşdüm ki, belə qadınlar çoxdur və qorxduqları üçün susurlar”. (qafqazinfo)

AzNews.az