İlhamə Quliyeva məşhurları başına yığdı- Fotolar

Xalq artisti İlhamə Quliyeva dünən yaradıcılığının 50 illik yubileyini və 70 yaşını qeyd edib.


AzNews.az-ın Axşam.az-a istinadən məlumatına görə, şad günündə xalq artisti təbrik etməyə gələnlər arasında millət vəkilləri və sənət dostları yer alıb.

Milli Məclisin deputatları Elmira Axundova, Novruz Aslan, Qənirə Paşayeva, Dövlət Neft Şirkətinin vitse-prezidenti Xoşbəxt Yusifzadə, xalq artisti Ağaxan Abdullayev, Səkinə İsmayılova, Fidan və Xuraman Qasımova bacıları, Zülfiyyə Xanbabayeva, əməkdar artist Abbas Bağırov, Mənsum İbrahimov, Elza Seyidcahan, müğənni Natavan Həbibi, Rəqsanə, Nadir Qafarzadə, Sevda Yahyayeva, meyxanaçı Namiq Qaraçuxurlu, "Özünə bax" verilişinin müəllifi Ruhi və başqaları İlhamə Quliyevaya xoş diləklərini çatdırıb.

Gecədə İlhamə Quliyeva rəqqasların əhatəsində içəri daxil olaraq, onun üçün xüsusi hazırlanan divanda əyləşib.

Tədbirin aparıcıları Nərgiz Cəlilova, Afaq Gəncəli və İlhamə Bədəlova olub. Aparıcı Mətanət Əliverdiyeva ölkə başçısının xalq artistini "Şərəf" ordeni ilə təltif olunması ilə bağlı sərəncamı oxuyub. Bir-birindən dəyərli hədiyyələr alan xalq artisti gecədə çiçək yağışına tutulub.

Təmtəraqlı gecənin təşkilatçıları prodüser Tolik və müğənninin mətbuat katibi Faiq Ələkbərli olub.

Ad günündən fotoları Faiq Ələkbərli sosial şəbəkədə paylaşıb.

AzNews.az
image description image description image description image description image description