- Köhnə - Siyasət
- 18 Fevral 2016 10:42
- 2 098
Novruz Məmmədov Ankara terrorundan yazdı
Terror aktlarının beynəlxalq aləmdəki gərginliklə bağlılığını sübut etməyə ehtiyac yoxdur.
AzNews.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov Twitter səhifəsində yazıb.
PA rəsmisi qeyd edib ki, dövlətlərarası gərginlik azalarsa terror aktlarının azalması da müşahidə olunar: "Ankarada terror hadisəsi nəticəsində həyatını itirən insanlara Allah rəhmət eləsin, yaxınlarına səbir, dözüm versin".