Milli Məclisin bugünkü iclasında nələr müzakirə ediləcək?

Bu gün Milli Məclisin növbəti iclası keçiriləcək. AzNews.az-ın məlumatına görə, iclasın gündəliyinə 9 məsələ daxildir. Bu məsələlərdən 6-sı Azərbaycanın Türkiyə və Tacikistanla əlaqələrinə dair sənədlərin ratifikasiyası barədədir.

Əsas sənədlərdən biri Azərbaycan qazının Türkiyə ərazisində qəbulu, tranziti və satışına dair müstəqil boru kəmərinin inşasının təsdiqi ilə bağlıdır.

Parlament "Cinayət Prosessual Məcəlləsinə dəyişiklik edilməsi haqqında", "Dövlət rüsumu haqqında" və "Ərazi quruluşu və inzibati ərazi bölgüsü haqqında" qanuna dəyişiklik edilməsinə dair sənədləri də müzakirəyə çıxaracaq.

İlkin
AzNews.az