- Köhnə - Siyasət
- 10 Aprel 2017 16:34
- 3 934
Elizabetta Belloni Bakıya gələcək

İtaliyanın Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyinin baş katibi Elizabetta Belloni aprelin 11-də Azərbaycana işgüzar səfər edəcək.
İtaliyanın Azərbaycandakı səfirliyindən "Report"a verilən məlumata görə, E.Belloni Bakıda Azərbaycan XİN-də bir sıra görüşlər keçirəcək.
Görüşlər zamanı siyasi dialoq, ikitərəfli əlaqələrin perspektivləri, energetika məsələləri müzakirə olunacaq.
AzNews.az