Bu gündən Azərbaycan vətəndaşlarının İrana gediş-gəlişi vizasız baş tutacaq Bu gündən Azərbaycan vətəndaşlarının İrana gediş-gəlişi vizasız baş tutacaq

İran viza problemini aradan qaldırdı

Bu gündən Azərbaycan vətəndaşlarının İrana gediş-gəlişi vizasız baş tutacaq



Bu gündən Azərbaycan vətəndaşların İrana gediş-gəlişi vizasız baş tutacaq. Bu barədə İranın Azərbaycandakı səfirliyinin mətbuat xidmətinin rəhbəri Abbas İsgəndəri bildirib.

AzNews.az-ın məlumatına görə, Abbas İsgəndəri bildirib ki, Azərbaycan vətəndaşları artıq bu gündən İrana əvvəlki qaydada vizasız gedib-gələ bilərlər.

Qeyd edək ki, Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət başçılarının Zirvə görüşü ilə əlaqədar 5-31 avqust tarixlərində Azərbaycan Respublikası vətəndaşlarına İran İslam Respublikasına səfər etmələri üçün viza rejimi tətbiq olunmuşdu. Azərbaycan və İran arasında viza rejimi 2010-cu ilin fevral ayından ləğv olunub.

Ədil
AzNews.az