"Bu gün Bakı Beynəlxalq Humanitar Forumu öz işinə başlayıb. Forumun bütün iştirakçılarını səmimiyyətlə salamlayıram. Forumda 60-dan çox ölkədən 500-ə yaxın qonaq iştirak edir. "Bu gün Bakı Beynəlxalq Humanitar Forumu öz işinə başlayıb. Forumun bütün iştirakçılarını səmimiyyətlə salamlayıram. Forumda 60-dan çox ölkədən 500-ə yaxın qonaq iştirak edir.

İlham Əliyev: “Azərbaycanda dini zəmində qarşıdurma olmayıb”

"Bu gün Bakı Beynəlxalq Humanitar Forumu öz işinə başlayıb. Forumun bütün iştirakçılarını səmimiyyətlə salamlayıram. Forumda 60-dan çox ölkədən 500-ə yaxın qonaq iştirak edir.

Forumun keçirilməsi çox əlamətdar hadisədir. Artıq bu, gözəl ənənəyə cevrilib. Dördüncü dəfədir ki, forum keçirilir. Bu, əslində onu göstərir ki, belə müzakirələrə böyük ehtiyac var".

AzNews.az trend-ə istinadən xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev IV Bakı Beynəlxalq Humanitar Forumunun açılış mərasimində çıxışı zamanı deyib.
Dövlət başçısı əminliklə bildirib ki, forum çərçivəsində aparılacaq diskussiyalar, fikir mübadiləsi humanitar əməkdaşlığın dərinləşməsinə xidmət göstərəcək: "Biz Azərbaycanda bu sahəyə çox böyük diqqət göstəririk. Təsadüfi deyil ki, bu forum da məhz Azərbaycanda keçirilir. Deyə bilərəm ki, hazırda dünyada humanitar məsələlərin müzakirəsi üçün, təhlilin aparılması üçün bu forumun müstəsna rolu var. Buna görə foruma maraq durmadan artır. Bu, artıq beynəlxalq aləmdə önəmli bir formata çevrilib. Biz isə Azərbaycanda ölkələr arasındakı əlaqələrin inkişafı üçün humanitar aspektlərə dair böyük diqqət göstərmişik, cünki bizim tarixi keçmişimiz, mədəniyytimiz bunu diqtə edir".

Prezident İlham Əliyev qeyd edib ki, əsrlər boyu Azərbaycanda çoxkonfessiyalı, çoxmillətli cəmiyyət formalaşıb, mövcuddur və müstəqillik dövründə bu müsbət meyillər daha da gücləndi: "Azərbaycanda yaşayan bütün xalqlar dostluq, mehribanlıq şəraitində yaşayır, bir ailə kimi yaşayır. Azərbaycanda heç vaxt dini, milli zəmində qarşıdurma, anlaşılmazlıq olmamışdır və bu, bizim böyük sərvətimizdir. Çünki hər bir ölkənin gücünü, əlbəttə ki, bir neçə faktor müəyyən edir - siyasi imkanlar, iqtisadi güc və eyni zamanda, cəmiyyətdə mövcud olan ab-hava, iqlim və həmrəylik duyğuları. Bu baxımdan hesab edirəm ki, Azərbaycanın təcrübəsi çox müsbətdir və biz öz işimizlə dünyada gedən proseslərə öz müsbət töhfəmizi veririk".