Öcalandan Türkiyəyə yeni mesaj - FOTO

PKK liderinin saxlandığı yeni otaqların şəkilləri yayıldı



Türkyiənin İmralı həbsxanasında ömürlük həbs cəzası çəkən PKK terror təşktlatının lideri Abdullah Öcalan yenidən mətbuatın gündəminə gəldi. Türkiyənin "Bu gün" qəzetinin əməkdaşı yazdığı xəbərdə Öcalanla bağlı bəzi məqamlara diqqət çəkməklə yanaşı, Türkiyə hökümətinə bir sıra mesajlar da ünvanlamış olub.

AzNews.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, yayılan xəbərdə Öcalana qarşı son vaxtlar göstərilən sərt münasibətlərin yumşaldılması tələb olunur: "Əgər Öcalana qarşı münasibətlər yumşalsa, Türkiyənin siyasi səhnəsində yaranan ciddi problemlər müəyyən qədər həll olunar, PKK öz fəaliyyətini bir qədər daraldar".

Qəzet həmçinin PKK lideri Öcalanın saxlandığı yeni otaqların şəkillərini də yayımlayıb.

Ədil Hüseynli
AzNews.az
image description image description image description image description image description image description image description image description image description