Azərbaycan Prezidenti İlham Əliyev iki Müqəddəs Ocağın Xadimi, Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləziz Al Səuda başsağlığı verib. Azərbaycan Prezidenti İlham Əliyev iki Müqəddəs Ocağın Xadimi, Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləziz Al Səuda başsağlığı verib.

İlham Əliyev Məkkədəki faciə ilə bağlı başsağlığı verdi

Azərbaycan Prezidenti İlham Əliyev iki Müqəddəs Ocağın Xadimi, Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləziz Al Səuda başsağlığı verib.


AzNews.az-ın məlumatına görə, başsağlığında deyilir:

"Əlahəzrət, Əziz Qardaşım,

Həcc ziyarəti zamanı yaranmış qarışıqlıq nəticəsində çox sayda zəvvarın həlak olması və yaralanması xəbəri bizi son dərəcə sarsıtdı.

Baş vermiş bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara və xəsarət alanlara şəfa diləyirəm.

Allah rəhmət eləsin!"