Prezident Gürcüstana noyabrın 6-da səfər edəcək

Azərbaycan prezidenti İlham Əliyevin rəhbərlik etdiyi hökumət üzvlərindən ibarət nümayəndə heyətinin Gürcüstana səfər edəcəyi tarix məlum olub. Səfər noyabrın 6-na nəzərdə tutulub.
AzNews.az Report-a istinadən xəbər verir ki, bu barədə bazar günü "Vzqlyad" qəzetinə Gürcüstan hökumətindən məlumat verilib.

Bundan əvvəl prezident İlham Əliyevin yaxın vaxtlarda Gürcüstana səfər edəcəyi bildirilmişdi.