• Qərb
  • 10 May 19:03
  •  3 593

Almaniya hökuməti İsrailə silah göndərilməsinin dayandırılması ilə bağlı məsləhətləşmələr aparır

Almaniyanın müdafiə naziri Boris Pistorius, ABŞ prezidenti Co Baydenin “İsrail geniş miqyaslı hücumla Rəfaha girəcəyi təqdirdə bu ölkəyə silah göndərməyi dayandıracaq” açıqlamasından sonra Almaniya hökumətinin də bu mövzuda məsləhətləşdiyini bildirib.

"Hazırda bununla bağlı məsləhətləşmələr gedir. Hələlik buna cavab verə bilmərəm". Pistorius öz bəyanatından istifadə edərək bildirib ki, bu məsələdə məsuliyyət ilk növbədə Almaniya kansleri və Xarici İşlər Nazirliyinin üzərinə düşür.

Pistorius, "Əlbəttə, bağlı qapılar arxasında fikir mübadiləsi apardıq. Amma qərarları açıqlamaq mənim vəzifəm deyil".

Mövsüm

Aznews.az