Çin ABŞ-ı Ukrayna böhranından öz məqsədləri üçün istifadə etməyi dayandırmağa çağırıb

ABŞ öz geosiyasi strategiyasını inkişaf etdirmək üçün Ukrayna böhranından istifadə etməyi dayandırmalıdır.

Bu barədə Çinin BMT-dəki daimi nümayəndəsinin müavini Qenq Şuanq BMT Təhlükəsizlik Şurasının keçirilən iclasında bildirib.

“Birləşmiş Ştatlara qeyd etmək istərdik ki, diqqəti yayındırmaq və günahlandırmaq Ukrayna böhranını həll etmək üçün yanlış yoldur. Biz həmçinin ABŞ-ə Ukrayna böhranından öz maraqları və geosiyasi strategiyasını inkişaf etdirmək üçün istifadə etməyi dayandırmağı tövsiyə edirik”, - deyə Qenq Şuanq bildirib.

Mövsüm

Aznews.az