İran Rəisinin ölümünü araşdırmaq üçün komissiya yaradıb

İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-leytenant Məhəmməd Baqiri respublika prezidenti İbrahim Rəisinin helikopterinin qəzaya uğramasının səbəblərini araşdırmaq üçün komissiyanın yaradılmasına göstəriş verib.

Bu barədə "YJC" portalı məlumat yayıb.

Qeyd olunur ki, qrupa hərbi və texniki ekspertlər daxil olacaq, onlara prezidenti daşıyan helikopterin qəzaya uğramasının səbəblərini ətraflı öyrənmək tapşırılıb.

Komissiya artıq qəza yerinə gəlib. Araşdırmanın nəticələri daha sonra açıqlanacaq.

Mövsüm

Aznews.az