İranın keçmiş xarici işlər naziri: Rəisinin helikopterinin qəzaya uğramasında ABŞ-nin əli var

ABŞ səlahiyyətliləri İran prezidenti İbrahim Rəisinin helikopterinin qəzaya uğraması nəticəsində ölümündə əli var, çünki Ağ Ev maşının mühərrikinin xarab olmasına və qəzaya uğramasına səbəb olan ehtiyat hissələrinin tədarükünə qadağa qoyub.

"Ettelaat" qəzeti xəbər verir ki, bunu İslam Respublikası Xarici İşlər Nazirliyinin keçmiş rəhbəri Məhəmməd Cavad Zərif deyib.

"Beynəlxalq Ədalət Məhkəməsinin qərarına baxmayaraq, İrana təyyarə və təyyarə hissələrinin satışına embarqo tətbiq edən prezident helikopterinin qəzaya uğramasında Amerika günahkardır",-deyə Məhəmməd Cavad Zərif bildirib.

Keçmiş nazir həmçinin İran rəhbərliyinin baş verənləri Ağ Evin indiyədək İran xalqına qarşı törətdiyi cinayətlər siyahısına daxil etmək niyyətini açıqlayıb.

Mövsüm

Aznews.az