İlkin məlumata əsasən, Parisdə terror aktları nəticəsində ölən və xəsarət alanlar arasında Azərbaycan vətəndaşı yoxdur. İlkin məlumata əsasən, Parisdə terror aktları nəticəsində ölən və xəsarət alanlar arasında Azərbaycan vətəndaşı yoxdur.

Parisdə ölən və yaralılar arasında Azərbaycanlı yoxdur - XİN

İlkin məlumata əsasən, Parisdə terror aktları nəticəsində ölən və xəsarət alanlar arasında Azərbaycan vətəndaşı yoxdur.


AzNews.az xəbər verir ki, Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Trend-ə bildirib ki, Azərbaycanın Fransadakı səfirliyindən nazirliyə saat 16:00-a daxil olmuş məlumata əsasən, ölən və yaralananlar arasında Azərbaycan vətəndaşı yoxdur.

Azərbaycanın Fransadakı səfirliyi, həmçinin rəsmi saytında bu ölkədə müvəqqəti olan həmvətənlərimizə müraciət dərc edib. Müraciətdə terror aktları zamanı zərərçəkən həmvətənlərlə bağlı hər hansı məlumatı olanlardan 0144186020 "qaynar xətt"inə zəng etmək xahiş olunur.