Ötən ilin dekabrın 28-də ölkə Prezidentinin iştirakı ilə açılışı gerçəkləşən paytaxtın Ziya Bünyadov prospekti ilə Balaxanı-Binəqədi avtomobil yolunu birləşdirən yeni yola ad verilib. Ötən ilin dekabrın 28-də ölkə Prezidentinin iştirakı ilə açılışı gerçəkləşən paytaxtın Ziya Bünyadov prospekti ilə Balaxanı-Binəqədi avtomobil yolunu birləşdirən yeni yola ad verilib.
  • Toplum
  • 3 Yanvar 2019 13:51
  •  1 719

Yeni yola ad verildi

Ötən ilin dekabrın 28-də ölkə Prezidentinin iştirakı ilə açılışı gerçəkləşən paytaxtın Ziya Bünyadov prospekti ilə Balaxanı-Binəqədi avtomobil yolunu birləşdirən yeni yola ad verilib.

Ümumşəhər əhəmiyyətli avtomobil yoluna “Böyük Şor” küçəsi adı verilib.

Hazırda küçənin adını göstərən lövhələrin qurulması Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən həyata keçirilir.

Qeyd edək ki, Ziya Bünyadov prospekti ilə Xırdalan-Binəqədi-Balaxanı avtomobil yolunu birləşdirən yeni yol 2.7 km uzunluğa malikdir.

Yol Böyük Şor gölünün iki hissəyə bölünməsi məqsədilə çəkilən 1570 metr uzunluğunda bəndin üzərindən keçir. Yol I texniki dərəcəyə uyğun olaraq inşa olunub.

Yeni yol 2 gediş, 2 gəliş olmaqla 4 hərəkət zolaqlıdır. Hər bir zolağın eni 3.75 metr olmaqla hərəkət hissəsinin eni 15 metr təşkil edir.

Yeni avtomobil yolunun açılışı ilə sürücülər həm Xırdalan-Binəqədi-Balaxanı avtomobil yoluna, həm də Ziya Bünyadov prospektinə rahat çıxış əldə edəcəklər. Bununla da xüsusən günün pik saatlarında istər Ziya Bünyadov prospektində, istərsə də Heydər Əliyev prospektinin “Koroğlu” metrostansiyası qarşısından keçən hissəsində müşahidə olunan nəqliyyat sıxlığının azaldılması hədəflənib.(modern.az)

© AzNews.az