Məktəblilər müxtəlif rəsm əsərləri ilə layihəyə böyük maraq göstərir Məktəblilər müxtəlif rəsm əsərləri ilə layihəyə böyük maraq göstərir
  • Toplum
  • 2 Aprel 2019 17:31
  •  14 237

AQTA-dan məktəblilər üçün müsabiqə

Məktəblilər müxtəlif rəsm əsərləri ilə layihəyə böyük maraq göstərir

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) məktəblilər arasında sağlam və təhlükəsiz qidalanmanın təşviqi çərçivəsində həyata keçirdiyi “Təhlükəsiz qida uşaqların gözü ilə” adlı rəsm müsabiqəsi davam edir. Artıq məktəblilər müxtəlif rəsm əsərləri ilə layihəyə böyük maraq göstərir.

AzNews.az AQTA-ya istinadən xəbər verir ki, müsabiqədə iştirak etmək istəyən məktəblilər may ayının 25-dək rəsm əsərlərini (rəsmlər A4 və A3 formatında olmaqla sağ alt hissədə rəsmi çəkən məktəblinin adı, soyadı, sinif və məktəb haqqında məlumatları yer almaqla qəbul edilir) Agentliyə təqdim edə bilərlər. Müsabiqənin qalibləri "1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü" təşkil olunacaq sərgidə elan ediləcək, Agentlik tərəfindən qalib və iştirakçılara müxtəlif qiymətli hədiyyələr, sertifikat və həvəsləndirici mükafatalar təqdim olunacaq.

Qeyd edək ki, müsabiqənin keçirilməsində məqsəd məktəblilərin qida təhlükəsizliyi sahəsində biliklərini artırmaq, onların diqqətini qida təhlükəsizliyi mövzusuna cəlb etmək və sağlam qidalanma ilə bağlı düşüncələrini rəsm əsəri vasitəsi ilə ifadə etmələrini təmin etməkdir. Eyni zamanda layihə məktəblilərin təhlükəsiz qida ilə bağlı dünyagörüşlərini, istək və arzularını öyrənmək üçün geniş imkanlar yaradacaq.

Səidə Vahid

AzNews.az

image description image description image description