İdmançı ötən gün dünyasını dəyişib İdmançı ötən gün dünyasını dəyişib
  • Toplum
  • 2 İyul 2019 10:16
  •  2 834

Dünya çempionumuz Fərhad Poladovun qəzaya düşdüyü an - VİDEO

İdmançı ötən gün dünyasını dəyişib

Bakıdan hava limanı istiqamətinə gedən yolun 14-cü km-də qəzada ölən MMA üzrə dünya və Avropa çempionu Fərhad Poladovun qəza anının görüntüsü ortaya çıxıb.

AzNews.az xəbər verir ki, sosial şəbəkələrdə yayılan videoda Fərhad Poladovun "Niva" markalı avtomobili ilə əks yola çıxaraq digər maşınla toqquşduğu əks olunub.

Qeyd edək ki, iyunun 29-da qaydasız MMA döyüşü üzrə dünya və Avropa çempionu olmuş Fərhad Poladov Bakıda yol qəzasına uğrayıb.

İdmançı "Koroğlu" metro stansiyasının yaxınlığında özünün "Niva" avtomobili ilə hərəkətdə olarkən nəqliyyat vasitəsinə idarəetməni itirib.

Nəticədə nəqliyyat vasitəsi səkiyə çırpılaraq yolun əks tərəfinə çıxıb və "Hyundai" markalı avtomobillə toqquşub.

F.Poladov hadisə zamanı ağır xəsarət alıb. O, sol ayağının və döş qəfəsinin sınığı diaqnozu ilə 3 saylı Şəhər Kliniki Xəstəxanasına çatdırılıb.

Həkimlərin səyinə baxmayaraq idmançı ötən gün dünyasını dəyişib.

Aynur

AzNews.az