Faktla bağlı Qaradağ Rayon Polis İdarəsində araşdırma aparılır Faktla bağlı Qaradağ Rayon Polis İdarəsində araşdırma aparılır
  • Toplum
  • 13 Noyabr 2019 22:20
  •  2 717

Bakıda dəhşət: maşın vuran qadının oğlu şok keçirdi

Faktla bağlı Qaradağ Rayon Polis İdarəsində araşdırma aparılır

Bakının Qaradağ rayonunda yol-nəqliyyat hadisəsi bir nəfərin ağır xəsarət almasına səbəb olub.

Rayonun Müşviqabad qəsəbəsində yolu keçmək istəyən orta yaşlı Xatirə İsayevanı avtomobil vurub.

Hadisə X.İsayevanın oğlunun gözü qarşısında baş verib və o, şok keçirib.

X.İsayeva ağır xəsarət alaraq 1 saylı şəhər xəstəxanasına yerləşdirilib.

Yaralının oğlu isə xəstəxananın Terapiya şöbəsinə köçürülüb.

Faktla bağlı Qaradağ Rayon Polis İdarəsində araşdırma aparılır.(apa.az)

AzNews.az