18 yaşdan kiçik şəxslər də küçəyə çıxa bilməyəcək?

Bunu TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı bu gün keçirilən brifinqdə deyib

“18 və 20 yaş altında şəxslərə küçəyə çıxmaqla bağlı qadağa qoymaq fikrimiz yoxdur”.

AzNews.az xəbər verir ki, bunu TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı bu gün keçirilən brifinqdə deyib:

“Bir sıra dövlətlərdə 18 və 20 yaş altında vətəndaşların küçəyə çıxmasına qadağalar qoyulurdu. Bizim bu istiqamətdə ekspertləlrə söhbətimiz olub və bütün təcrübə onu göstərir ki, kiçik yaşlı uşaqlar xəstəliyi daha simptomatik keçirirlər və onlar daşıyıcı olaraq xəstəliyi daha çox daşıya bilirlər. Bizim belə bir məhdudiyyət tətbiq etmək fikrimiz yoxdur. Ancaq uşaqların ehtiyac olmayan yerlərə getmələri nəticəsində infeksiyanı evlərindəki risk qrupuna aid olan yaşlı insanlara yoluxdurma ehtimalı çox yüksək olur. Bütün bunları nəzərə alaraq uşaqların özlərini də qorumaq, onlar vasitəsilə daşına biləcək xəstəliklərdən böyükləri də qorumaq üçün müvafiq qaydalara əməl olunmasına daha çox riayət etməliyik”.