Xəstəliyin yayılmasında əlamətsiz və ya əlamətqabağı halların hansısa rol oynadığını bilmək üçün xüsusi tədqiqatlar aparılmalıdır Xəstəliyin yayılmasında əlamətsiz və ya əlamətqabağı halların hansısa rol oynadığını bilmək üçün xüsusi tədqiqatlar aparılmalıdır
  • Toplum
  • 9 İyun 2020 13:06
  •  3 340

ÜST: Koronavirus çox nadir hallarda əlamətsiz olur

Xəstəliyin yayılmasında əlamətsiz və ya əlamətqabağı halların hansısa rol oynadığını bilmək üçün xüsusi tədqiqatlar aparılmalıdır

“COVID-19 çox nadir hallarda əlamətsiz ötürülür. Əlimizdə olan məlumatlara görə, virusun əlamətsiz daşıyıcısı tərəfindən başqasına ötürülməsi ağlabatan görünmür”.

Bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) COVID-19-la bağlı texniki rəhbəri Mariya van Kerkhove brifinqdə bildirib.

Bununla belə, bir çox hallarda COVID-19-un yüngül hallarını, qeyri-səciyyəvi, yaxud əlamətləri hələ üzə çıxmamış səhvən əlamətsiz hal hesab edilir. Halbuki, ekspertin vurğuladığı kimi, əlamətsiz hallarda xəstəlik boyu ona xas əlamətlər üzə çıxmamalıdır.

Onun dediyinə görə, bu xəstəliyin yayılmasında əlamətsiz və ya əlamətqabağı halların hansısa rol oynadığını bilmək üçün xüsusi tədqiqatlar aparılmalıdır. Hərçənd bu məsələ təsdiqini tapsa, pandemiyaya qarşı tədbirlərə mövcud yanaşma tərzi dəyişə bilər. Belə ki, virusun davranışına dair dürüst məlumatların olmaması ölkələrin iqtisadiyyatlarını bərpa etmək səylərinə mənfi təsir göstərir. (Report)

AzNews.az