• Toplum
  • 25 İyun 2020 23:56
  •  987

Yoluxan xəstələrdən 174-ü reanimasiyadadır

32 nəfər süni tənəffüs cihazındadır

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Azərbaycanda koronavirusla bağlı iyunun 25-nə olan statistik göstəriciləri açıqlayıb.

AzNews.az xəbər verir ki, məlumata əsasən bu gün ölkədə 8059 nəfər aktiv koronavirus xəstəsi var.

Onlardan 174 nəfər reanimasiyada, 32 nəfər isə süni tənəffüs cihazındadır.

Qeyd olunub ki, bu gün 7274 test edilib. Yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar ümumilikdə 449 235 test aparılıb.

Xatırladaq ki, bu gün Azərbaycanda daha 547 nəfər koronavirusa yoluxub, 291 nəfər sağalıb, 6 nəfər isə vəfat edib.