COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 7 nəfər vəfat edib COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 7 nəfər vəfat edib
  • Toplum
  • 7 İyul 2020 19:26
  •  2 926

Azərbaycanda daha 537 nəfər yoluxdu

COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 7 nəfər vəfat edib

Azərbaycanda 537 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 453 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Bu barədə AzNews.az-a Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 7 nəfər vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 21 374 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 12 635 nəfər müalicə olunaraq sağalıb, 265 nəfər vəfat edib, 8474 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Bu gün 7102 koronavirus testi aparılıb.