Ötən müddət ərzində isə ümumilikdə 751 246 test aparılıb Ötən müddət ərzində isə ümumilikdə 751 246 test aparılıb
  • Toplum
  • 4 Avqust 2020 17:25
  •  4 191

Daha 226 nəfər koronavirusa yoluxdu

Ötən müddət ərzində isə ümumilikdə 751 246 test aparılıb

Azərbaycanda koronavirus infeksiyasına yeni 226 yoluxma faktı qeydə alınıb, 588 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Bu barədə AzNews.az-a Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib. COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 5 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 32 910 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 28 348 nəfər müalicə olunaraq sağalıb, 473 nəfər vəfat edib, aktiv xəstə sayı 4 089-dur.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6409, ötən müddət ərzində isə ümumilikdə 751 246 test aparılıb.