13-14 avqust 2020-ci il tarixlərində keçirilən imtahanların 13-14 avqust 2020-ci il tarixlərində keçirilən imtahanların
  • Toplum
  • 19 Avqust 2020 12:50
  •  2 113

DİM qəbul imtahanlarındakı testlərin izahını yaydı

13-14 avqust 2020-ci il tarixlərində keçirilən imtahanların

Dövlət İmtahan Mərkəzi (DİM) II və III ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul olunmaq üçün 13-14 avqust 2020-ci il tarixlərində keçirilən imtahanlarda istifadə olunmuş test tapşırıqlarının izahını yayıb.

Mərkəzdən AzNews.az-a bildirilib ki, abituriyentlər, həmçinin valideynlər, müəllimlər, ekspertlər test tapşırıqları və onların izahını əldə edə bilərlər.

Qeyd olunub ki, imtahanda istifadə olunmuş test tapşırıqlarının izahının elektron versiyasını (pdf formatında) DİM-in internet saytının "Elektron xidmətlər" bölməsində >"DİM nəşrlərinin elektron versiyalarının onlayn satışı "> “Test tapşırıqlarının izahı” xidməti vasitəsilə ödəniş etməklə əldə etmək mümkündür. (Xidmətə keçid: http://eservices.dim.gov.az/ejurnal/).