"ÜST tərəfindən təsdiqlənmiş peyvəndin yaradılması pandemiya ilə mübarizədə güclü bir vasitə olacaqdır” "ÜST tərəfindən təsdiqlənmiş peyvəndin yaradılması pandemiya ilə mübarizədə güclü bir vasitə olacaqdır”
  • Toplum
  • 25 Avqust 2020 18:06
  •  2 467

Ceyhun Bayramovdan Rusiya peyvəndi ilə bağlı açıqlama

"ÜST tərəfindən təsdiqlənmiş peyvəndin yaradılması pandemiya ilə mübarizədə güclü bir vasitə olacaqdır”

“Peyvənd almaqda maraqlı olduğumuz üçün, ilk növbədə ÜST tərəfindən “Sputnik V” peyvəndinin təsdiqlənməsindən sonra rusiyalı həmkarlarımızın bu sahədə əməkdaşlıq təkliflərini nəzərdən keçirə bilərik”.

AzNews.az xəbər verir ki, bu barədə Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramov TASS agentliyinə müsahibəsində bildirib.

“Azərbaycan, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) üzvü olan bir dövlət olaraq, yeni virusun aradan qaldırılmasında və vətəndaşların sağlamlığının qorunmasında bu təşkilatın tövsiyələrinə və müalicə üsullarına riayət edir. Peyvənd almaqda maraqlı olduğumuz üçün, ilk növbədə ÜST tərəfindən “Sputnik V” peyvəndinin tanınması üçün lazımi prosedurlar tamamlandıqdan sonra rusiyalı həmkarlarımızın bu sahədə əməkdaşlıq təkliflərini nəzərdən keçirə bilərik. Şübhə yoxdur ki, koronavirusa qarşı təsirli və ÜST tərəfindən təsdiqlənmiş peyvəndin yaradılması pandemiya ilə mübarizədə güclü bir vasitə olacaqdır”,- deyə XİN rəhbəri qeyd edib.