Ölən və yaralananlar var Ölən və yaralananlar var
  • Toplum
  • 23 Mart 2021 14:30
  •  5 794

Kürdəmirdə avtomobil su kanalına aşıb - YENİLƏNİB

Ölən və yaralananlar var

Kürdəmirdə baş verən ağır yol qəzasında ölən və yaralananların kimliyi məlum olub.

Hadisə nəticəsində Ağsu rayon sakini, 56 yaşlı Cəfərova İrayə Cəfər qızı dünyasın dəyişib.

Rayon sakinləri - 34 yaşlı Cəfərova Mehriban Rəhman qızı, Qasımova Sona Rəhman qızı, 6 aylıq Qasımov Pünhan Mənsur oğlu və 6 yaşlı Qasımova Zəhra Mənsur qızı xəsarət alıb.

12:58

Kürdəmir rayonunda ağır yol qəzası baş verib.

Hadisə Bakı-Qazax avtomobil yolunun rayonun Sığırlı kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, "VAZ2106" markalı avtomobilin sürücüsü Bakı istiqamətində hərəkət edərkən, qəfildən idarəetməni itirib. Nəticədə avtomobil yoldan çıxaraq su kanalına düşüb. Hadisə zamanı 1 nəfər ölüb, 4 nəfər isə müxtəlif dərəcədə bədən xəsarəti alıb.

Faktla bağlı araşdırma aparılır. (report)

image description image description image description image description