Meyit aidiyyəti üzrə təhvil verilib Meyit aidiyyəti üzrə təhvil verilib
  • Toplum
  • 18 İyul 2021 21:44
  •  4 888

Bakıda mənzildən kişi meyiti tapılıb

Meyit aidiyyəti üzrə təhvil verilib

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Nərimanov rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Aznews.az xəbər verir ki, nazirlikdən verilən məlumata görə, hadisə yerinə cəlb olunan FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1954-cü il təvəllüdlü Təhməzov Şamil Şamil oğlunun meyitini aidiyyəti üzrə təhvil veriblər.