Onun barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib Onun barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib
  • Toplum
  • 22 İyun 2022 19:11
  •  4 090

Gömrük generalı barəsində həbs qətimkan tədbiri seçilib

Onun barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib

“Azərterminalkompleks” birliyinin sabiq direktoru, gömrük general-mayoru Ehtiram Xəlilov barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı istintaq orqanının təqdimata baxılıb.

Aznews.az xəbər verir ki, Səbail Rayon Məhkəməsində hakim Ülviyyə Şükürovanın sədrliyi ilə keçirilən prosesdə təqdimat təmin edilib.

Ehtiram Xəlilov barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, “Azərterminalkompleks” birliyinin sabiq direktoru, gömrük general-mayoru Ehtiram Xəlilov Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) keçirdiyi xüsusi əməliyyat zamanı saxlanılıb. O, külli miqdarda rüşvət almaqda və vəzifə səlahiyyətlərini aşmaqda ittiham edilir./APA