Cəsədlərin ərazidə axtarışı davam etdirilir Cəsədlərin ərazidə axtarışı davam etdirilir
  • Toplum
  • 23 Sentyabr 2022 19:43
  •  3 949

Dövlət Komissiyası: 6 erməni hərbçisinin meyiti qarşı tərəfə təhvil verilib

Cəsədlərin ərazidə axtarışı davam etdirilir

rmənistan silahlı qüvvələrinin 2022-ci ilin 12-14 sentyabr tarixlərində Azərbaycan-Ermənistan sərhədində törətdikləri genişmiqyaslı təxribatlara qarşı Azərbaycan Ordusunun əks-hücum əməliyyatı nəticəsində həlak olaraq ərazidə qalmış erməni hərbi qulluqçularına aid meyitlərin axtarışı həyata keçirilməkdədir.

Bu barədə Aznews.az-a Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasından bildirilib.

Qeyd olunub ki, Azərbaycan Respublikası 23 sentyabr 2022-ci il tarixdə Beynəlxalq Qızıl Xaç Komitəsinin vasitəsilə ərazidə tapılmış daha 6 erməni hərbçisinin meyitini Ermənistan tərəfinə təhvil verib.

"Meyitlərə Azərbaycan Respublikasının Hərbi Prokurorluğunun iştirakı ilə baxış keçirilib və onların üzərində hər hansı zorakılıq əlamətlərinin olması müəyyən edilməyib. Cəsədlərin ərazidə axtarışı davam etdirilir", - məlumatda deyilir.

Qeyd edək ki, bundan əvvəl 127 erməni hərbçisinin meyiti qarşı tərəfə təhvil verilib.