• Toplum
  • 28 Mart 2023 22:45
  •  5 430

Fazil Mustafanın vəziyyəti açıqlandı

Deputat Fazil Mustafanın vəziyyəti qənaətbəxşdir, həyatı təhlükəsi yoxdur. Xəstəxanaya yerləşdirilib.

Xatırladaq ki, millət vəkili evinin yaxınlığında marketdən çıxan zaman naməlum şəxs və ya şəxslər tərəfindən güllələnib.

Nəticədə o, sağ çiyin və sağ bud nahiyələrindən güllə yarası alıb.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməliyyat-axtarış qrupu cəlb edilib, araşdırma aparılır.