• Toplum
  • 27 May 2023 21:53
  •  6 101

Bakıda “Pirus”dan narkotik vasitə tapıldı - FOTO

Suraxanı DYPŞ-nın əməkdaşları “Pirus” markalı avtomobildə narkotik vasitə aşkarlayıblar.

Aznews.az xəbər verir ki, Bakı şəhər BPİ DYPİ-nin baş inspektoru polis mayoru Araz Əsgərli bildirib ki, DYP əməkdaşları 99-UD-357 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü 1974 -cü il təvəllüdlü Abdullayev Ələsgər Fizuli oğlunu yol hərəkəti qaydalarını kobud şəkildə pozduğuna görə saxlayıblar. Müəyyən edilib ki, sürücü narkotik vasitələrin təsiri altında avtomobil idarə edir.

Avtomobildə olan 1974-cü il təvəllüdlü Məhərrəmov Vüsal Sabir oğlunun şübhəli hərəkətləri əsasında avtomobilə baxış keçirilib 1 kq 26 qr heroin aşkarlanıb.

Şübhəli şəxslərlə saxlanılaraq Suraxanı RPİ-yə təhvil verilib. Araşdırmalarla narkotik vasitələri təhvil alacaq şəxs də müəyyən olunaraq, saxlanılıb.

Araşdırmalar davam etdirilir.

image description image description image description