3 nəfər ölüb 3 nəfər ölüb

Ermənistanda 230 nəfər koronavirusa yoluxdu

3 nəfər ölüb

Ermənistanda koronavirusa yoluxanların sayı 5 271 nəfərə çatıb.

Erməni KİV-lərinin yaydığı məlumata görə, son sutka ərzində 230 nəfərdə infeksiyaya yoluxma faktı aşkarlanıb. Bundan başqa, ötən gün 3 nəfərin ölümü qeydə alınıb.

Bu günədək Ermənistanda 67 nəfər koronavirusdan ölüb, 2 758 nəfərin müalicəsi isə davam edir.

Qeyd edək ki, ölkədə martın 16-dan elan edilən fövqəladə vəziyyət iyunun 13-dək uzadılıb.

AzNews.az