“Twitter”in işində nasazlıqlar müşahidə olunur

Bu barədə məşhur internet resursların işini izləyən “Downdetector” xidməti məlumat yayıb

Dünyanın bir sıra ölkələrində “Twitter” sosial şəbəkəsinin işində nasazlıqlar müşahidə olunur.

AzNews.az xəbər verir ki, bu barədə məşhur internet resursların işini izləyən “Downdetector” xidməti məlumat yayıb.

Qeyd edilir ki, nasazlıqlardan ən çox Böyük Britaniya, ABŞ, Braziliya və Filippində yaşayan sosial şəbəkə istifadəçiləri şikayət edirlər.

Xidmətin məlumatına görə, istifadəçilərin bir hissəsi saytın işində nasazlıqların olmasından gileylənirlər. Daha 13% istifadəçi “iPhone” və ya “iPad”-ın proqramlarında problemlərlə qarşılaşıb.

İstifadəçilərin 37%-i “Android” proqramlarında sosial şəbəkəyə daxil ola bilmədiklərini bildiriblər.