İsrail sərhəddəki insidentdə ölən misirlinin cəsədini təhvil verib

İsrail iyunun 3-də sərhəddəki insidentdə 3 İsrail əsgərini öldürən misirli mühafizəçinin meyitini təhvil verib.

Aznews.az xəbər verir ki, İ24 telekanalının saytında yer alan xəbərə görə, sərhəddəki qarşıdurmada ölən misirlinin cənazəsi ölkəsinə təhvil verilib.

İsrail İctimai Yayım Təşkilatının (KAN) xəbərində qarşıdurmada ölən Misir təhlükəsizlik zabitinin Qahirədən olan 22 yaşlı Məhəmməd Salah olduğu bildirilib.

İsrail ordusu iyunun 3-də Misirlə sərhəddə baş verən qarşıdurma nəticəsində 3 əsgərinin şəhid olduğunu açıqlayıb.

Açıqlamada əsgərlərə atəş açan hücumçunun Misirli “polis zabiti” olduğu və İsrail əsgərinin cavabı nəticəsində öldürüldüyü qeyd edilib.

Misir ordusundan verilən açıqlamada, "təhlükəsizlik işçisinin" narkotik qaçaqmalçılarını qovarkən sərhəd barrikadasını keçdiyi, 3 İsrail əsgəri və mühafizəçinin öldüyü, 2 İsrail əsgərinin isə yaralandığı açıqlanıb.

Mövsüm