- Dünyanın halı
- 5 İyun 2023 16:30
- 2 618
İsrail qüvvələri 2 fələstinlini yaralayıb, 22 fələstinlini həbs edib

İsrail qüvvələri işğal altındakı İordan çayının qərb sahilinə təşkil etdiyi basqınlarda 2 fələstinlini yaralayıb, 22 fələstinlini isə həbs edib.
Aznews.az xəbər verir ki, Fələstinin rəsmi xəbər agentliyi WAFA-nın məlumatına görə, İsrail qüvvələri səhər saatlarında İordan çayının qərb sahilindəki Tulkərim şəhərinin iki qəsəbəsinə basqın edib.
Fələstinlilərin basqına reaksiyası zamanı İsrail qüvvələri kütləyə gözyaşardıcı qaz, səs-küylü qumbara, real və rezin güllələrlə müdaxilə edib.
Hadisədə biri əlinə səs bombası, digəri isə rezin güllə ilə dəyən 2 fələstinli yaralanıb.
Mövsüm