Haitidə daşqınlar itkilərə səbəb oldu

Haitidə təsirli olan leysan yağışların səbəb olduğu sel və torpaq sürüşmələrində ilk təsbitlərə görə 8 nəfər itkin düşüb, 15 nəfər ölüb.

Aznews.az xəbər verir ki, Haiti Mülki Müdafiə Agentliyinin məlumatına görə, daşqın səbəbindən təxminən 13,400 nəfər evlərindən təxliyə edilib.

Haiti Baş naziri Ariel Henri verdiyi açıqlamada hökumətin daşqınlardan zərər çəkənlərə kömək etmək üçün yerli və beynəlxalq təşkilatlarla əməkdaşlıq etdiyini bildirib.

Qeyd edək ki, 2016-cı ildə Haitidə "Metyu" qasırğası nəticəsində 800-dən çox insan həlak olub.

Mövsüm