- Dünyanın halı
- 5 İyun 2023 17:25
- 3 102
Əfqanıstanın kölgə paytaxtı- Qəndəhar

Əfqanıstanda dövlət rəsmiləri paytaxt Kabildə deyil, Talibanın doğulduğu yer Qəndəharda getdikcə daha tez-tez görüşürlər.
Aznews.az xəbər verir ki, ölkəyə səfər edən xarici nümayəndə heyətləri Kabildən 500 km cənubda, Pakistan sərhədinə yaxın bir ərazidə yerləşən 614 min əhalisi olan Qəndəharda qəbul edilir .
“Washington Post”un xəbərinə görə, əyalət administrasiyasının çəkisinin şəhər əsasında dəyişməsi Talibanın dini qanadının artdığı, Kabildəki mötədil qanadın isə təsirini itirdiyi barədə şərhlərə səbəb olur. Talibanın ali lideri Hibetullah Axundzadə 2016-cı ildən Qəndəharda yaşayır.
Mütəxəssislər hökumətin ünvanının dəyişdirilməsi ilə bağlı rəsmi açıqlama verilmədiyini, lakin Axundzadənin ölkənin ağırlıq mərkəzini Taliban hərəkatının mənəvi mərkəzinə köçürməklə hakimiyyətini möhkəmləndirdiyini ehtimal edirlər.
Mövsüm