- Dünyanın halı
- 28 Noyabr 2023 12:59
- 2 558
Xaviyer Milei andiçmə mərasiminə Lula da Silvanı dəvət edib

Noyabrın 19-da Argentinada keçirilən prezident seçkilərində qalib gələn Xavyer Milei seçki kampaniyası zamanı haqqında "sərt" açıqlamalar verdiyi Braziliya prezidenti Luiz İnasio Lula da Silvanı andiçmə mərasiminə dəvət edib.
Milei dekabrın 10-da keçiriləcək andiçmə mərasiminə dəvət məktubunu Argentinanın yeni Xarici İşlər Naziri olacağı gözlənilən Diana Mondinoya göndərib.
Məktubda iki ölkə arasındakı əlaqələrə diqqət çəkən Milei bunları deyib:
"Hər iki xalqın qarşısında bir çox problemlər var. Əminəm ki, azadlıq prinsiplərinə əsaslanan iqtisadi, sosial və mədəni dəyişikliklər bizi rəqabətədavamlı ölkələr sinfində yerləşdirəcək. Biz bilirik ki, ölkələrimiz arasında sıx tarixi və coğrafi əlaqələr var. Bu səbəbdən də , biz sizi fiziki inteqrasiya, ticarət və beynəlxalq mövcudluğa nail olmağa təşviq edirik.Sizi səviyyədə tamamlayıcı sahələri paylaşmağa dəvət edirik".
Milei dekabrın 10-da Alberto Fernandesdən vəzifə alacaq və 2027-ci ilə qədər prezident vəzifəsini icra edəcək.
Mövsüm
Aznews.az