Fransada çimərliklərdə və parklarda siqaret çəkmək qadağan olunacaq

Fransa 2023-2027-ci illər üçün siqaretlə mübarizə proqramı çərçivəsində çimərliklərdə və parklarda siqaret çəkməyə qadağa tətbiq edəcək.

Bu barədə ölkənin səhiyyə naziri Orellan Russo məlumat verib.

"Siqaret çəkməyə qadağa zonaları çimərliklərə, parklara, meşələrə və ictimai yerlərə yaxın ərazilərə qədər genişləndiriləcək",-deyə Orellan Russo bildirib.

Nazir ölkədə siqaretdən ölüm hallarının yüksək olduğunu qeyd edib. Onun sözlərinə görə, ildə 75 min insan bundan ölür.