Stoltenberq: Biz Gürcüstanı Avro-Atlantik ailənin tamhüquqlu üzvü görmək istəyirik

Gürcüstanın NATO- ya gələcək üzvlüyü gündəmdədir.

Brüsseldə Gürcüstanın yeni baş naziri İrakli Kobaxidze ilə görüşən NATO-nun baş katibi Yens Stoltenberq bu ölkənin NATO və Avropa Birliyinin (Aİ) bir hissəsi olmasını dəstəklədiyini bildirib.

Stoltenberq NATO-nun tərəfdaşı olan Gürcüstanın suverenliyini və ərazi bütövlüyünü dəstəklədiyini bildirib və Rusiyanın işğal etdiyi bölgələrdə ilhaq qərarının qəbuledilməz olduğunu vurğulayıb.

Gürcüstan və NATO arasında tərəfdaşlığın daha da necə inkişaf etdiriləcəyini müzakirə edəcəklərini bildirən Stoltenberq, “Gürcüstanın Avro-Atlantik ailəsinə tam üzvlük, daha çox demokratiya və rifah istiqamətində irəlilədiyini görmək istəyirik”,-deyə qeyd edib.

Kobaxidze həmçinin bildirib ki, onun vəzifəyə keçdikdən sonra ilk xarici səfəri Brüssel, Aİ və NATO-ya olub və bu, onun ölkəsini sözügedən “ailə”nin bir hissəsi etmək istəyini əks etdirir.

Ölkəsinin bu illər ərzində NATO-nun rəhbərlik etdiyi missiya və əməliyyatlarda iştirak etdiyini deyən Kobaxidze bunun müdafiə qabiliyyətinin NATO ilə uyğunlaşmasına töhfə verdiyini bildirib.

Mövsüm

Aznews.az