G7 ölkələri Rusiya qazından imtina barəsində razılığa gəliblər

Yeddilik Qrupu (G7) ölkələrinin energetika nazirləri Rusiya qazının idxalını aradan qaldırmaq üçün işlərini davam etdirəcəklər.

"Ansa" agentliyi xəbər verir ki , bu qərar İtaliyanın Turin şəhərində aprelin 29-dan 30-dək baş tutan görüşdən sonra departament rəhbərləri tərəfindən qəbul edilib.

Tərəflər etiraf ediblər ki, Ukraynaya dəstəyin mühüm hissəsi Rusiyanın enerji resurslarının satışından əldə etdiyi gəliri məhdudlaşdırmaqda qalır. Nazirlər “Rusiya qazından əhəmiyyətli dərəcədə asılılığa son qoymağa və onun idxalından imtina etməyə” sadiq olduqlarını təsdiqləyiblər.

Mövsüm

AzNews.az