- Dünyanın halı
- 30 Aprel 18:47
- 1 922
Bloomberg: Makron Si Cinpin vasitəsilə Putinə təsir etmək istəyir
Fransa prezidenti Emmanuel Makron Çin prezidenti Si Cinpinlə şəxsi əlaqələri dərinləşdirmək niyyətindədir.
Bu barədə "Bloomberg" mənbələrə istinadən yazır.
“Prezident Emmanuel Makron Fransaya iki günlük səfəri zamanı Si Cinpinlə şəxsi əlaqələrini dərinləşdirməyə çalışır, o, Çin liderindən Vladimir Putini Rusiya-Ukrayna münaqişəsinə son qoymağa çağırmağı xahiş edəcək”, - nəşr yazıb.
Makron, həmçinin görüş zamanı Çin sərmayəsini avtomobil sənayesinə cəlb etmək niyyətindədir.
Mövsüm
Aznews.az