İsrailin hücumlarında ölənlərin sayı 34 488-ə yüksəlib

İsrailin Qəzza zolağında davam edən hücumlarında həlak olan fələstinlilərin sayı 34 min 488-ə yüksəlib.

Son 24 saat ərzində 34 fələstinli həlak olub, 68 fələstinli isə yaralanıb.

İsrailin hücumlarının başlamasından bu yana ölənlərin sayı 34 min 488, yaralıların sayı isə 77 min 643 nəfərə çatıb. Mülki müdafiə və təcili yardım briqadalarının yetərsizliyi səbəbindən dağıntılar altında hələ də ölən və yaralananlar var.

Mövsüm

Aznews.az