BMT-nin Baş katibi: Rəfaha qarşı istənilən hücum qəbuledilməzdir

Birləşmiş Millətlər Təşkilatının (BMT) baş katibi Antonio Quterres İsrailin Qəzzaya qarşı müharibəsinin "bütün bölgəyə yayıla biləcəyi" xəbərdarlığını edərək, İsrail ordusunun Rəfaha hücumunun qəbuledilməz olduğunu bildirib.

Quterreş Bəhreynin paytaxtı Manamada keçirilən Ərəb Liqasının 33-cü Sammitinin açılış sessiyasında çıxış edib.

BMT baş katibi İsrailin Qəzzaya hücumlarının bölgədə yayılma riskinə diqqət çəkərək, "Qəzzadakı müharibə bütün bölgədə infeksiyaya səbəb ola biləcək açıq bir yaradır".

İsrailin mayın 7-də Rəfahda başlatdığı quru hücumları ilə bağlı Quterreş, "Rəfəha qarşı hər hansı bir hücum qəbuledilməzdir və bölgədə yeni ağrı və fəlakət dalğasına səbəb olacaq",-deyə bildirib.

Mövsüm

Aznews.az