Ukrayna Nazirlər Kabineti PUA-ların alınmasına 390 milyon dollardan çox vəsait ayırıb

Ukraynanın Nazirlər Kabineti Ukrayna hərbçiləri üçün 300 min pilotsuz təyyarənin alınması üçün əlavə 15,5 milyard qrivna (390 milyon dollardan çox) ayırıb.

Baş nazir Denis Şmıqal bu barədə öz Teleqram kanalında bildirib.

“Bu, artıq bu il dronlara ayırdığımız 43,3 milyard qrivnaya (təxminən 1,1 milyard dollar - red.) əlavə resursdur. Bu gün ayrılan vəsait üçün təhlükəsizlik və müdafiə qüvvələrimizə 300 min pilotsuz təyyarə veriləcək”, - deyə Şmiqal qeyd edib.

Mövsüm

Aznews.az