İraqdakı İslam Müqaviməti İsrailin Eylatdakı aviabazasına hücum edib

İraqda İslami Müqavimət hərəkatı kamikadze pilotsuz uçan aparatdan istifadə edərək Eylatdakı İsrail aviabazasına hücum edib.

Bu barədə "Əl Mayadeen" məlumat yayıb.

Telekanalın məlumatına görə, pilotsuz təyyarə İraqdan buraxılıb. Hərəkat qeyd edib ki, Qəzza zolağında döyüşlər dayanana qədər İsrail hərbi obyektlərinə hücumları davam etdirəcək.

Xəbər agentliyi şənbə günü hərəkatın İsrailin Aralıq dənizindəki Hayfa limanına raket atdığını bildirib.

Mövsüm

Aznews.az